⌘K
Description

Dünyanın ən uğurlu xorvat musiqiçilərindən biri, beş milyondan çox albom satışı və bir çox qızıl və platin mükafatların sahibi olan pianoçu MAKSİM, 4 fevral 2026-cı il tarixində Heydər Əliyev Sarayında “World Tour – Segmenti” qastrol turu çərçivəsində Bakı səhnəsində çıxış edəcək. Maksim səhnəyə orkestri ilə birlikdə çıxaraq, özünün on ikinci studiya albomu “Segmenti”-dən ibarət möhtəşəm repertuar təqdim edəcək və bununla da dünyanın ən çox satılan klassik krossover pianoçularından biri kimi statusunu bir daha təsdiqləyəcək. Albom klassik şahəsərlərlə müasir hitlərin maraqlı sintezidir – ABBA və Queen kimi əfsanəvi qrupların musiqiləri, həmçinin Şopen, Prokofyev və Çaykovski kimi bəstəkarların ölməz əsərləri yer alır. Bakıdakı tamaşaçılar həmçinin Maksimin əvvəlki on bir albomundan sevilən ifalarını da dinləyəcəklər – “Exodus”, “Pirates of the Caribbean”, “Game of Thrones” və daha bir çox məşhur kompozisiyalarla dolu güclü ifalar onları gözləyir.

Participants